Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlar arasında piylənmənin risk amillərini öyrənmək üçün tədqiqat aparılır

Uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərini öyrənmək üçün Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tədqiqat həyata keçirilir.

"Xalq qəzeti" Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu İSİM-in direktoru Qəhrəman Haqverdiyev İSİM-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı illik hesabata dair dəyirmi masada deyib.

“Ölkəmizdə belə bir tədqiqatın aparılması məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaların araşdırılması, prioritet istiqamətlərin müəyyən edilməsi, mövcud durumun mütəmadi qiymətləndirilməsi istiqamətində mühüm addımdır”,- deyə Q.Haqverdiyev qeyd edib.

İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov nəzərə çatdırıb ki, “Cari ildə keçirilən sorğu Bakı şəhəri və regionlardan olan 128 məktəbdən 4 min 820 nəfər arasında aparılıb. Tədqiqatda iştirak təklifi alan uşaqların 99,2 faizi iştirak edib ki, onlardan 2 min 827 nəfəri 8 yaşındadır”.

Qeyd edilib ki, məktəbyaşlı uşaqlar arasında artıq çəki və piylənmənin artması dünyanın bir çox ölkələrində qlobal ictimai səhiyyə problemi kimi təsnif edilir və hazırda ölkəmizdə aparılan bu tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir.

8 Dekabr 2022 12:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə