Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Üzeyir Cəfərov,
hərbi ekspert:


– Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Azərbaycan–Türkiyə birgə hərbi təlimlər keçirilir. Bu, çox mühüm hadisədir və indiyədək belə ikitərəfli hərbi təlimlər keçirilmişdir. Ancaq indiki təlimlərin özəlliyi ondan ibarətdir ki, müxtəlif növ qoşunların şəxsi heyətlərinin, döyüş və xüsusi mühəndis-istehkamçı texnikalarının, eləcə də, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi aviasiya vasitələrinin iştirakı ilə keçirilən təlimlər təkcə Bakı şəhərini və onun ətrafını deyil, həm də Azərbaycan–İran dövlət sərhədindəki Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini də əhatə edir. Bu, o deməkdir ki, Azərbaycan öz ərazisinə tam nəzarət edir və bir müddət əvvəl bizə əzələ nümayiş etdirən qüvvələr ölkəmizin ərazilərinin etibarlı şəkildə qorunduğunu başa düşməlidirlər. Eyni zamanda, bu təlimlər göstərir ki, Azərbaycanın qardaş Türkiyə ilə bir yerdə formalaşan vahid ordusu var. Bununla yanaşı, təlimlər həm də onu nümayiş etdirir ki, Azərbaycanın müasir hərbi sursatı mövcuddur.


Onu da xüsusilə qeyd etmək lazımdır ki, təlimlərə Türkiyənin Müdafiə naziri Hulusi Akar da dəvət olunub. Qardaş ölkənin yüksək vəzifəli nümayəndə heyəti təlimləri izləmək üçün Azərbaycana gəlib. Ona görə də, bu təlimlər ilk dəfə olaraq, həm gündüz, həm gecə saatlarında, eyni zamanda, hava şəraitinə və  relyefə baxmadan keçirilir. Gələn ildə isə digər türk ölkələrinin də hərbi təlimlərə qatılmaları planlaşdırılır. Bu, bir təcrübədir, hazırlıqdır və NATO-nun aparıcı ölkələrindən biri kimi Türkiyə ilə birlikdə keçirilən hərbi təlimlər digər türk dövlətləri üçün də böyük maraq doğurur.

6 Dekabr 2022 02:21 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə