Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq qəzeti” redaksiyasına

Bizə yazırlar

Qəzetinizin 16 noyabr 2022-ci il tarixli nömrəsində dərc edilmiş “Cavadxan qəsəbəsi adına layiqdirmi?” yazısına şəhər icra hakimiyyətində müzakirə olunmuşdur. Məqalədə göstərilən faktlar – yolların bərbad olması, nəqliyyatın axşam saatlarında bəzən ­marşrutdan yayınması halları və digər nöqsanlar barədə yazılanlarla bağlı bildiririk ki, Gəncə şəhərində 2011-ci ildən etibarən İkinci açıq kommunal infrastruktur proqramı layihəsi həyata keçirilir. 


Gəncə şəhəri Cavadxan qəsəbəsinin “Cümhuriyyət” prospektində də həmin layihə  çərçivəsində yeni su və kanalizasiya xətləri çəkilmiş, prospekt tam asfalt örtüyü ilə örtülmüş, 6 ədəd subartezian quyusundan sakinlər su ilə təmin olunmuşdur. Həmçinin sözügedən qəsəbənin köhnə hissəsi elektrik enerjisi ilə tam təmin olunmuşdur. Genişlənən hissələrin (Gəncə “Quşçuluq” ASC-dən şərq tərəfə) yarısında əhali elektrik enerjisi ilə təchiz olunur, yarı hissəsinə isə 4 ədəd transformator məntəqəsi quraşdırılaraq 0,4 kv-luq şəbəkə yaradılması nəzərdə tutulmuşdur.
Hazırda qazlaşma işləri mərhələli şəkildə aparılır. Qəsəbədə layihə üzrə su və kanalizasiya xətlərinin çəkilməsi, bu işlər yekunlaşdıqdan sonra küçələrdə abadlıq işləri aparılması və asfalt yol örtüyü salınması nəzərdə tutulmuşdur. Həmçinin qəsəbədə yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Cavadxan qəsəbəsinə marşrut avtobusları səhər saat 06:00-dan axşam saat  22:00-dək faəliyyət göstərir. Lakin bəzi avtobus sürücüləri axşam saatlarında xətdən tez çıxıb avtobus parkına təmir adı ilə qayıtması halları da olub. Bu barədə nəqliyyat müəssisələrinin rəhbərlərinə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən irad tutulmuş və nəzarət gücləndirilmişdir. 
Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəsəbədə vaxtında abadlıq, quruculuq və təmizlik işləri aparılır.  

 

Kamran Məhərrəmov, 
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

6 Dekabr 2022 01:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə