Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq genişlənir

Bakıda keçirilən Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci İllik toplantısında  Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə edildiyi bildirilib. Konfransda iki ölkə arasındakı xarici ticarətin həcminin 2016-cı ildəki 2,3 milyard ABŞ dollarından 2021-ci ildə iki dəfə artaraq təqribən 5 milyard ABŞ dollarına bərabər olduğu vurğulanıb. Eyni zamanda, cari ilin yanvar-sentyabr aylarında bu rəqəmin artıq 4,2 milyard ABŞ dollarına çatdığı da diqqətə çatdırılıb.


Toplantıda Türkiyədən Azərbaycana investisiya qoyuluşlarının 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımlarının 19,5 milyard dollar təşkil etdiyi, hazırda qardaş ölkədə 2 minə yaxın Azərbaycan, respublikamızda isə 4100-dən artıq Türkiyə şirkətinin fəaliyyət göstərdiyi xatırladılıb.  
İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər getdikcə genişlənir. Ölkələr arasında ticarət dövriyyəsi də getdikcə artan istiqamətdə davam edir. 
Ekspertin açıqlamasına əsasən, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşı olaraq ilk üçlükdə qərarlaşmış dövlətdir. Bu ölkələr arasında birinin digərinə yatırdığı investisiyanın həcminə baxdıqda Azərbaycanın kiçik dövlət olmasına baxmayaraq, Türkiyə iqtisadiyyatına daha çox, 20 milyard dollara yaxın investisiya qoyduğu bunun bariz ifadəsidir.

 

“Xalq qəzeti”

6 Dekabr 2022 01:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə