Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biznesin inkişafına dəstək

Son illər ərzində iqtisadiyyatda kiçik və orta biznesin (KOB) dominantlığı xeyli yüksəlib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını sürətləndirib. Bu dövrdə qeydiyyatda olan kiçik və orta biznes subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft-qaz sahəsinin ÜDM-də payı isə 23,7 faiz təşkil edib. Qeyri-neft-qaz ixracının 25,5 faizi kiçik və orta biznes subyektləri tərəfindən həyata keçirilib. 

Hazırda ölkədə inkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə, eyni zamanda, biznes şəraitinin daha da yaxşılaşmasına yönəldir. Bu model biznesin inkişafını, bu sahədə yalnız bacarıqların bütün sahələrdə uğurun fundamental şərti olacağını diqtə edir. 
Yaxın perspektivdə biznesə dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi, ünvanlılığı və şəffaflığının daha da gücləndiriləcəyi nəzərdə tutulur. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal, habelə xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsi də diqqətdə saxlanılır. Bununla da sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin fəaliyyətləri stimullaşdırılır, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına əlverişli zəmin hazırlanır. 
Yeri gəlmişkən, yaxın gələcəkdə biznesə dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur. 
Sevindirici haldır kı, biznes mühitinin dəstəklənməsi istiqamətində Azərbaycanın təşəbbüsləri ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər tərəfindən müsbət qarşılanır. Təsadüfi deyildir ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti – 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara münasibətinin və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən respublikamızın Kiçik və Orta Biznes Agentliyi (KOBİA) ilk beşlikdə yer alıb. 

 

 

“Xalq qəzeti”

6 Dekabr 2022 01:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə