Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Emin QƏRİBLİ,
iqtisadçı-ekspert

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və respublikamızın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.


Postmünaqişə quruculuğu ilə bağlı dövlətimizin başçısının siyasəti Azərbaycana işğaldan azad edilən ərazilərdə regional iqtisadi inteqrasiyanı təmin edəcək layihələrlə Avrasiyanın strateji əhəmiyyətli nəqliyyat və logistika, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilmək imkanı verir. Bu baxımdan Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” elan etməsi məhz belə bir mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Bu cür inkişaf modeli isə Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında düşməndən təmizlənən ərazilərin rolunu gücləndirir.
Qeyd edim ki, düşməndən təmizlənən ərazilərdə 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpaolunan enerjinin inkişafı geniş vüsət alır. Bu ərazilərin bərpaolunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Qeyd olunan potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, Günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu istiqamətdə hazırda BP şirkəti ilə Cəbrayılda illik təxminən, 500 milyon kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə həyata keçiriləcək Günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Bu bölgədə kiçik su elektrik stansiyalarının bərpası, Laçın və Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.
İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Hazırda ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Ümumi gücü 33,4 MVt olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun “yaşıl” inkişafına öz töhfəsini verəcək.

6 Dekabr 2022 01:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə