Ən son xəbərlər
“ESPN” nəşrinin jurnalisti Leonardo Bertoççi hesablayıb ki, Dünya çempionatlarında 8 (artıq 9) qol vuran ən gənc oyunçudur. Bu gün Kilianın cəmi 23 il və 349 günlük ömür tarixçəsi var. Amma o, artıq dünya çempionatlarında 9 top vuran birinci futbolçudur. Müqayisə üçün bildirək ki, Pelenin bu yaşda Dünya çempionatlarında cəmi 7 qolu olub.
Mbappenin bu turnirdə artıq 5 qolu var. O, Polşa ilə yanaşı, Avstraliyanın qapısına 1, Danimarkanın qapısına 2 qol vurub. Rusiyada keçirilən Dünya çempionatında Kilian qapılara 4 qol vurmuşdu. Bu nəticəyə görə o, Leonel Messi ilə bərabərləşib. Belə uğuru əldə etmək üçün Mbappeyə millinin heyətində cəmi 11 matçda iştirak etmək lazım gəlib. Messi isə Argentina millisinin heyətində 23 matçda iştirak edib. Eləcə də Dünya çempionatlarında 9 qol vuran oyunçulardan David Vilya, Eysebio, Roberto Badco, Karl-Hayns Rummenigenı göstərmək olar.
Bertoççi həmçinin futbolçunun DÇ-2018 və DÇ-2022-dəki qollarını və məhsuldar ötürmələrini də hesablayıb. Burada yenə Danatella (onu PSJ klubunda belə adlandırırlar – İ.R.) yenə hamıdan yaxşıdır.
Kilian Mbappe – 11 (9 qol, 2 ötürmə)
Harri Keyn – 9 (6 qol, 3 ötürmə)
Antuan – 7 (4 qol, 3 ötürmə)
Leonel Messi – 7 (4 qol, 3 ötürmə)
İvan Perişiç – 6 (3 qol, 3 ötürmə)
İngiltərə Millisinin və “Mançestr Yunayted” klubunun keçmiş futbolçusu Rio Ferdinand Kilian Mbappeni dünyanın ən yaxş futbolçularının sırasına daxil edib. Eks-futbolçu yazır: “Ona qarşı müdafiə olunmaq barədə düşünməyim belə mənə narahatlıq gətirir. İndinin özündə qeyd etməmək mümkün deyil ki, Mbappe əla futbolçudur. Messi və Ronaldo bütün bu illər ərzində ən yaxşı futbolçular olublar, lakin bu oğlan onların taxtının varisidir. O, fenomenal istedada malikdir və özünə diqqət çəkməyi bacarır. Biz neçə vaxtdır fikirləşirik ki, Messi və Ronaldonu kim əvəz edə bilər, bu oğlan növbədə birincidir. O, sadəcə müdafiəçilərin arasından sürüşüb çıxa bilir. İndi o, diqqət çəkir, çünki dünyanın birinci superulduzdur”.
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə