Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan fəsillər kimidir...

Doğulduğumuz fəslin əhvalımıza və xarakterimizə təsir etdiyini bilirdinizmi? Elmin bu mövzuda bəzi izahları var.


Yaz, yay, payız, qış... Doğulduğumuz fəsillər gündəlik həyatda kədərli, melanxolik, dəyişkən və ya fəal olmağımıza təsir edə bilər.
Aparılan bir çox araşdırmalar göstərir ki, fəsillər orqanizmdə müəyyən hormonların  mövcudluğuna, əhvalımıza və xarakterimizə uzunmüddətli təsir göstərir. 
Qeyd edək ki, Avropanın məşhur tibb universitetlərindən olan Semmelveis Universitetinin (Semmelweis University) professoru Kseniya Gonda tərəfindən aparılan araşdırmada 400 nəfərdən çox iştirakçı arasında anket hazırlanıb. 
Anketdəki suallar insanların ümumi  psixoloji vəziyyəti dərk etmək məqsədi daşıyırdı. “Əhval-ruhiyyəniz tez-tez və səbəbsiz dəyişir?”, “Hər şeydən çox şikayətlənirsiniz?” və digər bu kimi suallardan ibarət sorğuda iştirakçılar fərqli cavablar veriblər. Alınan cavablar və doğum tarixləri müqayisə edilərək təhlil edilib. 
Kədərli və şən əhval-ruhiyyə arasında sürətli dəyişmə ilə xarakterizə olunan dəyişkən temperament qışda doğulanlara nisbətən yayda doğulanlarda əhəmiyyətli dərəcədə yüksəkdir. Həddindən artıq pozitivliyə meylli olan “hiperaktiv temperament” yaz və yay aylarında doğulanlarda xeyli yüksəkdir.
Qışda doğulanlar ilin digər fəsillərində doğulanlara nisbətən əsəbiliyə, gərginliyə daha az meyllidirlər. Payızda doğulanların depressiv temperamenti digər aylarda doğulanlara nisbətən xeyli aşağı olur.
İllər ərzində mütəxəssislər tərəfindən aparılan bir çox tədqiqatlar doğum mövsümü ilə davranışımız və hətta səhhətimiz arasında əlaqə olduğunu təsdiqləyiblər.

 

Səadət RZAYEVA,  “Xalq qəzeti”

6 Dekabr 2022 00:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə