Ən son xəbərlər
Britaniyalı alim və mütəxəssislər mühüm bir yeniliyə imza atıblar. Onlar dünyada ilk dəfə olaraq süni şəkildə yetişdirilmiş qan hüceyrələrinin - eritrositlərin transferi ilə bağlı kliniki tədqiqatlar aparıblar.
Bu tədqiqat barədə Kembric Universitetinin alimləri bəyanatlarında qan hüceyrələrinin donor kök hüceyrələrindən yetişdirildiyini və kliniki sınaq zamanı könüllülərə köçürüldüyünü bildiriblər.
Onu da qeyd ediblər ki, dünyada ilk dəfə olaraq tədqiqat çərçivəsi zamanı laboratoriyada yetişdirilən süni qırmızı qan hüceyrələri insana köçürülür.
Metodun təhlükəsizliyi və effektivliyi sübut olunduğu təqdirdə sınaq nəticəsində əldə edilən hüceyrələr anemiya kimi qan xəstəliklərinin müalicəsinə yenilik gətirə bilər, o cümlədən donor tapmaqda çətinlik çəkən nadir qan qrupuna malik insanlar üçün də xilas yolu ola bilər.
Bildirilib ki, indiyədək iki nəfərə laboratoriyada yetişdirilmiş bu qan hüceyrələrindən köçürülüb. Onların sağlamlıq durumu mütəxəssislər tərəfindən nəzarətdədir və hələlik heç bir arzuolunmaz fəsad qeydə alınmayıb.
Köhnə versiyamızdan xəbərləri izlə