Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Dekabrın 6-da
Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 1-3°, gündüz 3-5°, Bakıda gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. 
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 5-10° , gündüz 0-5° şaxta olacaq. Gecə və səhər yolların buz bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər yolların buz bağlaması ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. Gecə və səhər yolların buz bağlaması ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-11°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər yolların buz bağlaması ehtimalı var.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq.Mülayim şərq küləyi əsəcək. Gecə 0-3°, gündüz 3-6° isti, dağlarda gecə 3-6°, gündüz 0-3° şaxta olacaq. Dağlarda yolların buz bağlaması ehtimalı var.

6 Dekabr 2022 00:50 - EKOLOGİYA
EKOLOGİYA
28 Yanvar 2023 | 04:34
Hava proqnozu
27 Yanvar 2023 | 03:40
Hava proqnozu
26 Yanvar 2023 | 01:25
Hava proqnozu
25 Yanvar 2023 | 01:45
Hava proqnozu
24 Yanvar 2023 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə