Ən son xəbərlər
“R Auction” hərrac evi Stiv Cobsun əlyazısının olduğu “Apple-1” kompüterini satışa çıxarıb. Onun 375 min dollardan baha məbləğə satılacağı gözlənilir.
Qeyd edək ki, 1976-cı ildə Stiv Cobs və Stiv Vozniak tərəfindən istehsal olunan “Apple-1” kompüterlərindən, ümumilikdə, 200 ədəd istehsal olunub və ehtimallara əsasən, dünyada onlardan yalnız 60–70-i qalıb. Hazırda hərraca çıxarılan 78 nömrəli “Apple-1” isə ilk dəfə 2018-ci ildə kompüter mütəxəssisi Kori Koen tərəfindən işlək vəziyyətə gətirildikdən sonra satılıb.
Ekspertlərin fikrincə, kompüter yaxşı vəziyyətdədir. Onu da qeyd edək ki, hərrac saytlarına çıxan “Apple 1” kompüterlərinin hər birinin yaddaşı fərqlidir və onların qiymətləri vəziyyətindən asılı olaraq 130–815 min dollar arasında dəyişir.
Köhnə versiyamızdan xəbərləri izlə