Ən son xəbərlər
“Tesla” ilk elektrikli “Semi” yük avtomobilini təqdim edib. Təqdimat şirkətin internet saytında yayımlanıb.
Tədbirdə şirkətin təsisçisi və rəhbəri İlon Mask iştirak edib. O, şəxsən TIR-ın sükanı arxasında səhnəyə çıxıb. Şirkətin məlumatına görə, “Semi” doldurulmadan 800 kilometr məsafə qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır.
Maskın sözlərinə görə, TIR ultra sürətli enerji doldurma ilə təchiz edilib.
Qeyd edək ki, Mask 2017-ci ildə “Semi” yük avtomobilinin prototipini təqdim edib.
Köhnə versiyamızdan xəbərləri izlə