Ən son xəbərlər
ABŞ Hərbi Hava Qüvvələri 34 ildən sonra nüvə silahı daşıya bilən yeni nəsil “B-21 Raider” strateji-bombardmançı təyyarəsini nümayiş etdirib.
“Defense news” nəşri xəbər verir ki, mərasim Kaliforniya ştatının Palmdeyl şəhərindəki “Northrop Grumman Corporation” zavodunda baş tutub. Tədbirdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.
Məlumata görə, təyyarə gizli texnologiyadan istifadə edilməklə istehsal edilib. Onun dünyanın ilk altıncı nəsil bombardmançısı olduğu iddia edilir. “B-21 Raider” İkinci Dünya Müharibəsi zamanı Pörl-Harbora hücuma cavab olaraq Yaponiyaya qarşı bombardman əməliyyatına komandanlıq etmiş polkovnik-leytenant Ceyms Dulitlin şərəfinə adlandırılıb.
Təyyarə 2023-cü ildə havaya qalxacaq, ilk yerləşdirmə yeri ABŞ Hərbi Hava Qüvvələrinin Ellsworth (Cənubi Dakota) bazası olacaq.
Köhnə versiyamızdan xəbərləri izlə