Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada muğam axşamı

Dünən Türkiyənin paytaxtı Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib. Tədbir Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Cümhurbaşkanlığı Simfoniya Orkestrinin dəstəyi ilə təşkil olunub. 


Konsertin izləyiciləri arasında Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar və türk sənətsevərlər də olub. Bu barədə ölkəmizin qardaş ölkədəki səfiri Rəşad Məmmədov özünün feysbuk səhifəsində paylaşım edib. 
Qeyd olunur ki, Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov və “Qarabağ! muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndiriblər.
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların “Qız qalası” ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.
Paylaşımda sonra deyilir: “Sənətçilərimizin səsləndirdiyi “Azərbaycan”, “Xudayar təsnifi”, “Laçın”, birlikdə səsləndirilən “Yaşa Azərbaycan” və digər mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Azərbaycanlı sənətçilərlə yanaşı, tanınmış türk sənətçiləri Şükriye Tutkun və Mustafa Kəsər də sevilən mahnılarını ifa ediblər”.
İki saat davam edən konsertin izləyiciləri Azərbaycan - Türkiyə dostluğunu və qardaşlığını tərənnüm edən konsertdən çox razı qaldıqlarını bildirərək belə tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətiriblər. Konsert Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb. 
Yeri gəlmişkən, sözügedən paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Onları bu barədə rəy və təkliflərində Azərbaycan-Türkiyə əbədi dostluğu və qardaşlığının bütün sahələrdə sürətlə inkişaf etməsindən dərin məmnunluqlarını ifadə ediblər. 

 

Təqdim etdi:
 M.HACIXANLI, 
“Xalq qəzeti”

6 Dekabr 2022 00:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə