Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gündə nə qədər yumurta yemək olar?

Amerikalı alimlər yumurtanın ürəyə zərəri barədə fikirlərin əksinə olaraq, gündə bir yumurta yeməyin ürək–damar xəstəlikləri riskini artırmadığını sübut ediblər. Tədqiqatlar zamanı məlum olub ki, insanlar adətən həftədə 5 ədəd yumurta yeyirlər. Təsdiq olunub ki, bu miqdarda yumurta miokard infarktı, ürəyin işemik xəstəliyi və insult riskini artırmır. Yumurta istehlakı ilə ürək–damar riski arasında əlaqə yalnız 2-ci tip diabeti olan insanlar üçün aşkar edilib. Orta hesabla, insanların çoxu gündə bir ədəddən çox yumurta yemir. Həkimlərin tövsiyəsinə görə, səhər yeməyində iki yumurta da yemək olar. Tədqiqatçılar 1 milyon 700 min insanın yumurta yemək vərdişlərini birlikdə araşdıran 28 Avropa, Amerika və Asiya tədqiqatının meta-analizini aparıblar. Bu tədqiqatların nəticələri də təsdiqləyir ki, gündə bir yumurta ürək sağlamlığına heç bir mənfi təsir göstərmir. Asiya alimlərinin araşdırmalarına görə, yumurta istehlakı ürək–damar xəstəlikləri riskini hiss olunacaq dərəcədə azaldır. Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
4 Dekabr 2022 09:07 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə