Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çindən gələn bəla bitmir

Çində aşkarlanan yeni virus tədqiqatçı infeksionistlərin fikrincə, daha bir pandemiyaya ehtimalı yaradır. BtSY2 adlı virusun COVID–19-a səbəb olan SARS–CoV-2 ilə eyni ailədən olduğu bildirilir. Qeyd edək ki, yeni tədqiqata Sun Yatsen Universiteti, Yunnan Endemik Xəstəliklərə Nəzarət İnstitutu və Sidney Universitetinin tədqiqatçıları rəhbərlik ediblər. Xarici mətbuatın bildirdiyinə görə, araşdırma üçün tədqiqatçılar Çinin Yunnan əyalətindəki altı şəhərdən 15 növü təmsil edən 149 fərqli yarasadan nümunələr topladıqlarını bildiriblər. Təd qiqat zamanı canlı hüceyrələrindəki nuklein turşusu olan RNT hər yarasa üçün ayrıca sıralanıb. Nottingem Universitetinin virusoloqu Prof. Dr. Conatan Ball qeyd edib ki, təhlükə ondan ibarətdir ki, yarasalar eyni vaxtda bir neçə virusu özündə daşıya və yoluxdura bilir: “Bu cür infeksiyalar, xüsusən də koronavirus kimi viruslarla əlaqəyə girərək, yeni variantlarının yaranmasına səbəb olur”. Alimlər, həmçinin vurğulayıblar ki, Çinin cənubunda yarasaların daşıdığı bu virus insanlara yoluxma potensialı olan beş təhlükəli virusdan biridir. Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
4 Dekabr 2022 08:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2023 | 10:41
NASA-nın yeni “Boeing”ləri
15 Yanvar 2023 | 12:35
Pilotsuz tədqiqat gəmisi
15 Yanvar 2023 | 12:30
Bozcaadada Günəşin qürubu...

Köhnə versiyamızdan xəbərləri izlə