Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Duzla bir çox xəstəliklər müalicə olunur

Xalq təbabətindən ən çox istifadə edən elə ölkələr var ki, orada insanların sağlam olması və xəstələnərkən tez sağalması üçün yalnız təbii vasitələrdən istifadə edirlər. Altay sakinləri iddia edirlər ki, buna görə təbiət bizə hər şey verib. Sadəcə ondan düzgün istifadə uğurlu nəticələr verə bilər. Bu mənada duzun xalq təbabətində qədimdən qarqara, vanna, sarğı və kompress kimi istifadə olunduğu vurğulanır. Bildirilir ki, duz bakteriyaların inkişafını azaldır. Burunun və boğazın duzlu məhlulla yuyulması infeksiyaların profilaktikası üçün təsirlidir. Çünki burun infeksiyalar üçün açıq qapıdır. Bağırsaq infeksiyaları, ishal, zəhərlənmə və susuzlaşma zamanı də azca duz qatılmış su içmək lazımdır. Bu, elektrobalansı bərpa edir, bağırsaqları mümkün qədər təmizləyir. Duzun isidilib diz, qulaq və bədənin digər yerlərində araya çıxan ağrılarında həmin nahiyələrə kompres şəklində dəsmala bükülüb qoyulması ilə şəfa tapılması da illərin sınağından çıxmış müalicə kimi tanınır. Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
4 Dekabr 2022 08:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə