Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlğım...

İlğım təbiətdə geniş yayılan, elmi izahı sadə və bəlli olan maraqlı təbiət hadisəsidir. Bununla bərabər, onlar hər bir insanda, demək olar ki, çox vaxt mistik bir sürpriz hissi yaradır. Biz ilğımlarla rastlaşanda, hər dəfə həm təəccüblənir, həm də heyrətlənirik. Onların yaranmasının səbəbini bilirik - həddindən artıq qızdırılan hava optik xüsusiyyətləri dəyişdirir və bununla da elmi leksikonda “mirages” adlanan yüngül qeyri-bərabərliyə səbəb olur. Qeyd etmək lazımdır ki, vizual effekt hava sıxlığının qeyri-adi şaquli paylanmasına əsaslanır. Bu, müəyyən şərtlər altında üfüqün yaxınlığında xəyalpərəst təsvirlərin görünməsinə səbəb olur. Ancaq gözümüzün qabağında baş verən bu möcüzənin şahidi olduğunuz zaman elmi izahları, təbii ki, dərhal unudur, yuxarıda qeyd etdiyimiz kimi, heyrətlənir və xəyallara dalırıq.
4 Dekabr 2022 07:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə