Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Axtarışda olan 95 saxlanılıb

Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

3 Dekabr 2022 11:47 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə