Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA əməkdaşları təlimdə iştirak edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxsə onlayn təlim keçirilib.

Bu barədə "Xalq qəzeti"nə agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub.

Təlim iştirakçılarına dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili, qiymətləndirmənin aparılması qaydaları, qiymətləndirmə zamanı rəhbər vəzifəli şəxslərin üzərinə düşən öhdəliklər və bu məsələlərlə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılmasından ibarətdir. 

3 Dekabr 2022 10:17 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Yanvar 2023 | 12:43
Saxa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə