Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Bu barədə "Xalq qəzeti"nə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.
Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

3 Dekabr 2022 10:08 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Yanvar 2023 | 12:43
Saxa türkləri
29 Yanvar 2023 | 12:28
Ömür payı – tale bəxşişi
29 Yanvar 2023 | 12:06
Topçu Vüsalın arzuları...

Köhnə versiyamızdan xəbərləri izlə