Ən son xəbərlər
Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platforması Azərbaycan innovasiya ekosistemində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə ilk onlayn platformadır (ttcp.az).
Yüksək Texnologiyalar Parkından bildiriblər ki, bu, tədqiqatçıların, biznes subyektləri və digər ekosistem iştirakçılarının bir-biriləri ilə əlaqələr qurması, faydalı imkanlar tapması və məlumat şəbəkəsinə daxil olması üçün əlçatan, onlayn mərkəz rolunu oynayır. Həmçinin bir çox funksionallığa malik olan bu platformada istifadəçilər öz xidmətlərini təklif edə və digər xidmətlərdən faydalana bilərlər.
Platformanın məqsədi Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etməkdir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə