Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Robot polislər

ABŞ-ın San-Fransisko Polis Departamenti cinayətkarlara qarşı lazım olarsa, silahlı robotlardan istifadə etmək üçün icazə istəyib. 


Qeyd edək ki, bir müddət əvvəl ­amerikalı polislər, silahlı münaqişələrdə robotlardan istifadə etmək barədə icazə alsalar da, sonradan bu qərar ləğv olunmuşdu. Əgər qərar yenidən qüvvəyə minərsə, bu dünyada bir ilk olacaq. Belə olan təqdirdə təhlükə yaradan cinayətkarlar silahlı robotlarla zərərsizləşdiriləcək.
Məlum olduğu kimi, ABŞ polisləri özlərini və ya vətəndaşları müdafiə etdikləri zaman silahlı şəxsləri öldürmək hüququna malikdirlər. İndi isə polislərin həyatını təhlükəyə məruz qoymamaq üçün San-Fransisko Polis Departamenti cinayətkarlara qarşı silahlı robotları tətbiq edəcək. Belə ki, əksər texnologiya şirkətlərinin vətəni hesab olunan Amerikada robotlardan geniş istifadə olunur. Orada bəzi banklar, restoranlar, şirkətlər, hətta inşaat müəssisələrində belə robot texnologiyalarının tətbiq olunduğunu görmək mümkündür. Nümunə olaraq, partlayıcı məhv edən robotları buna misal göstərə bilərik. ABŞ-dəki yeni qərar əhali arasında müzakirələrə səbəb olaraq təşviş doğurub. Hətta bu qərara etiraz edənlər arasında məşhur amerikalı siyasətçi Şamann Valton da var.

3 Dekabr 2022 06:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə