Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Penitentez – ağ xalatlı rahibə

Təbiətin nə qədər gözlənilməz və müdrik olduğu bizi daim düşündürür. Başqa cür  ola da bilməz! İnsan özü təbiətin bir hissəsidir və hər zaman onunla təmasdadır.  Bizi əhatə edən qeyri-adi gözəlliklərdən necə təsirlənməmək olar! Sizi bilmirəm, mən hər dəfə internetdə penitentezləri görəndə heyrətə düşürəm. 


Penitentez adını bir sıra ağ xalatlı rahiblərə bənzəməsindən almışdır. İlğımlar kimi, onun da sadə elmi izahı var. Belə nadir təbiət hadisələrini müxtəlif dağ buzlaqlarında görmək olar. Məlumdur ki, Günəşin təsirindən buzlaqların  səthində dəliklər əmələ gəlir. 
Bir çuxur görünəndə, ondan gələn günəş işığı əks olunmağa başlayır, buna görə qar təbəqələri arasındakı boşluqlar artır. Tezliklə orada hündürlüyü hətta 5 metrə çatan nəhəng buz zirvələri şəklində iri çökəkliklər peyda olur.
Penitentezləri ilk dəfə qlamur jurnalların səhifələrində görəndə ağlıma gələn bu olmuşdu ki, görəsən dünyanın ən istedadlı rəssamları bu qədər təbii və təkrarsız lövhələr yarada bilərmi? Rəssamlar inciməsin, belə qeyri-adi gözəllikləri yalnız təbiət özü yarada bilər! 

3 Dekabr 2022 06:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə