Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana dəstək

İsrail Təhlükəsizlik Akademiyası Fransa Senatını ittiham edib

“Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərar heç bir reallığa və heç bir əsasa söykənmir. Fransa Senatının özü mahiyyət etibarilə bu qərəzli fikirləri ehtiva edən absurd qərarı ilə beynəlxalq qanunları pozub. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar çıxarması və əsası olmayan müzakirələr aparması BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Bu, qətiyyən yolverilməzdir”.


İsrail Təhlükəsizlik Akademiyasının Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə dair bu açıqlamasının davamında bildirilir ki, BMT Təhlükəsizlik Şurasında baxılıb haqqında qərar çıxarılan məsələyə heç bir dövlət yenidən baxa və onunla bağlı hər hansı qərar qəbul edə bilməz. BMT Təhlükəsizlik Şurasının qərarları məcburidir və bu qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təsdiqlənir: “Fransa da bu qərarı qəbul edən qurumun daimi üzvüdür və belə olan halda, Fransa Senatı nəyi müzakirə edir və niyə edir? Səbəb nədir? Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qərarına zidd qərar qəbul etmək bu təşkilatın nüfuzuna kölgə salır və beynəlxalq hüququn pozulmasıdır”.
Fransa Senatının bu qərəzli qətnamə ilə Azərbaycan xalqına  və dövlətinə qarşı böyük haqsızlıq ediyiyinin və beynəlxalq qanunları kobudcasına pozduğunun vurğulandığı açıqlama bu sözlərlə bitir:
“Biz‚ Fransa Senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heç bir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir, Azərbaycanın haqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ onun suveren sərhədlərinə qarşı hər bir hücum‚ təhdid, hərbi və siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqlıdır və hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!”.

 

 “Xalq qəzeti”

3 Dekabr 2022 05:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə