Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN başçısı Ceyhun Bayramovun Lodz görüşləri

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində bir sıra görüş keçirib.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən redaksiyamıza bildirilib ki, nazir Ceyhun Bayramovun ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşü zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.
Ölkəmizin xarici siyasət idarəsinin rəhbəri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, danışıqlar prosesi və iki dövlət arasında sərhədlərin delimitasiyası üzrə hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə ATƏT-in Baş katibi məlumatlandırıb.
Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb. 
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov həmin gün Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei, İsveç Krallığının xarici işlər naziri Tobias Billström, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis, Yunanıstanın xarici işlər naziri Nikos Dendias, İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu, Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani, Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə də görüşüb. İkitərərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzkirə olunub, zəruri fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

3 Dekabr 2022 05:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə