Ən son xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bir bölməsi də məişət zorakılığından zərər çəkmiş şəxslər üçün nəzərdə tutulub.
2021-ci il avqustun 1-də fəaliyyətə başlayan bölməyə ötən dövrdə 127 (48 qadın, 79 uşaq) nəfər, o cümlədən bu il 78 nəfər şəxs qəbul edilib.
Bölməyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Belə ki, onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.
Qeyd edək ki, müəssisədə sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.
Köhnə versiyamızdan xəbərləri izlə