Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazilərə daha 410 ev...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə  çatdırılıb. Həmçinin 54 fərdi evin tikintisinin tamamlanmaqda olduğu bildirilib.


Nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Bu kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib. 
İclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının da artıq yekunlaşdığı diqqətə çatdırılıb. 
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə də təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və  şəhid ailələri üzvləri, digərlərinin  valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd edilib. Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində  müsbət nəticələr əldə edildiyi vurğulanıb.
İclasda əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətində aparılan işlər də diqqətə çatdırılıb. Görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.

3 Dekabr 2022 05:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2023 | 11:32
Qışda hansı ədviyyat?
27 Yanvar 2023 | 01:30
Mənzil almağa tələsin!
25 Yanvar 2023 | 02:05
5 ildə 4 sosial paket

Köhnə versiyamızdan xəbərləri izlə