Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Danışır güneyli fəallar

İranda iğtişaşlar və hökumətin nümayişçilərə qarşı güc tətbiqi davam edir. Bu gün İran cəmiyyətində baş verənlər dünyanın diqqət mərkəzindədir. Bu arada İrandan mühacirət etmiş, əslən güney Azərbaycandan olan diaspor nümayəndələri, ziyalılar da ölkələrində baş verən qarşıdurmalardan narahatdırlar. Hadisələrin bu səviyyəyə çatmasında İran hakimiyyətini ciddi tənqid edirlər.  Əslən güney Azərbaycandan olan soydaşlarımız qəzetimizə fikirlərini bildiriblər.


Norveçdədə yaşayan güneyli soydaşımız Babək Azəroğlu:


–Biz illərdir bu məsələlərdən danışırıq. Bu hadisələr bir gün baş verəcəkdi. İran hakimiyyəti əhalini basqı altında saxlayır, tekratik despotizm yüksək səviyyəyə qalxmışdır. Bu gün İranda böyük problemlərdən biri dünyanın ən böyük göllərindən olan Urmiya gölünün qurumasıdır. Burada İran məmurlarının ciddi əməyi vardır. Bu göl Azərbaycan vilayətləri üçün əvəzsiz nemət sayılmaqdadır. Lakin son illər Urmiya gölü sanki “cəhənnəm əzabı” yaşamaqdadır. İran hakimiyyəti Urmiya gölünün qurumaması üçün əldə olan imkanlardan istifadə etmir. İran hakimiyyəti istəyir ki, Azərbaycan vilayətləri tənəzzül etsin və buna təkan verəcək amillərdən biri də göldür. Bundan əlavə, yüz ildir İran rejimi azərbaycanlılara, türkçülüyə qarşı siyasət həyata keçirir. İranda Azərbaycan türklərinin milli kimlik, dil haqları kobud şəkildə pozulur. 


Səttar Sevgim, İsveç Azərbaycan Federasiyasının sabiq başqanı:


–Güney Azərbaycanda problemlər çoxdur. Dil, mədəniyyət, ayrı-seçkilik, iqtisadiyyat və s. buna misal göstərmək olar.  Dilimizi öyrənməyə imkan vermirlər, mədəniyyətimiz təqib altındadır. Ölkədə milli ayrı-seçkilik olduğu üçün türklərə qarşı fərqli münasibət sərgilənir. Bundan başqa, iqtisadiyyatımızı da pis vəziyyətə salırlar. İran hakimiyyət orqanları Güney Azərbaycanla bağlı siyasətlərini dəyişməlidirlər. Əks halda, bu onların özlərinin əleyhinə çevrilən böyük etirazlara səbəb olacaq.


Məmməd Azər, Dünya Azərbaycanlıları Təşkilatının sabiq sədri: 


– Cənubda baş verən əsas problemlərdən biri də ekoloji məsələlərdir. Urmiya gölünün yaxınlığında 14 milyon insan yaşayır. Göldə 30 milyon kubdan çox su var idi. Hazırda isə gölün çox hissəsi quruyub. Bu ekoloji fəlakətin əsas günahkarı İran hakimiyyət orqanlarıdır. İran hakimiyyəti Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib.

 

Anar TURAN, “Xalq qəzeti”

3 Dekabr 2022 04:52 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə