Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Yeganə Hacıyeva,
politoloq


Təhlükəsizlik qüvvələri etirazçılara qarşı qəddar və anti-insani davranışlar sərgiləyirlər. Sosial şəbəkələrdə yayılan görüntülər hökumət qüvvələrinin insan hüquqlarını heçə saydığının əsl sübutudur. Kadrlarda cəza qüvvələrinin qadınları oğurladığı əks olunub. Görüntülərdə bir neçə şəxs avtomobillə qadının yolunu kəsir və onu zorla maşına mindirir.


Vətəndaşlara qarşı sərt davranışı əks etdirən digər sübut isə Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan, bir həftə öncə etirazlarda saxlanan Rza Etibariradın təcridxanada vəhşicəsinə döyülməsidir. Sosial şəbəkələrdə verilən məlumata görə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Gəncin qolu sındırılıb və 700 milyon tümənlik girov sənədi qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.
İranda etiraz aksiyalarına dəstək üçün “Anonymous” haker qrupu Tehran şəhərində 400-dən çox müşahidə kamerasının məlumatını dərc edib və bu məlumatlardan istifadə etməklə kameraların söndürülə biləcəyini açıqlayıb. Eləcə də, qrup İrandakı etirazlar başlanandan bəri hökumət orqanlarının, o cümlədən, Neft, İqtisadiyyat, Maliyyə və Mədəniyyət nazirliklərinin də internet saytlarını dağıdıb. “Black Revard” haker qrupu isə İranın Atom Enerjisi İstehsalı və İnkişafı Şirkətinin daxili elektron poçt sistemini sındırıb. 
İrandakı hərəkatı dəstəkləyən və zorakılıqlara etiraz edən 20-dən çox ölkədən 680-dən çox hüquqşünas, hüquq universitetinin professoru və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə çağırış edib. Məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların geniş şəkildə pozulmasının dayandırılması tələb edilir. Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub.

3 Dekabr 2022 04:44 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə