Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi dekabrın 3-ü saat 10:00-da keçiriləcək.

Bu barədə "Xalq qəzeti"nə idarənin Mətbuat xidmətindən məlumat verilib.

İmtahan paytaxtdakı Məktəb-Lisey Kompleksində (ünvan: Nərimanov rayonu, F.Xoyski küçəsi 78) təşkil olunacaq.

İmtahanda namizədlərə informatika üzrə 20, qanunvercilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığınının cavablandırıması üçün 100 dəqiqə vaxt veriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

Qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

2 Dekabr 2022 15:43 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə