Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM yoxlama materiallarının ekspertizası üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

DİM-dən "Xalq qəzeti"nə bildirilib ki, maraqlanan şəxslər xarici dil üzrə fənn kurikulumunu bilməli, orta məktəb dərs vəsaitləri ilə dərindən tanış olmalı və dil biliyinin qiymətləndirilməsində istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədindən (CEFR) xəbərdar olmalıdırlar.

Dil bacarığını göstərən beynəlxalq sertifikatın (IELTS, TOEFL, APTIS, Cambridge English Qualifications, Delf, Dalf, TesDaf, Telc Deutsch, Goethe-Institut, ТРКИ) olması arzuolunandır. Müraciət etmək istəyən mütəxəssislərin “CV” və müvafiq xarici dil üzrə sertifikatı [email protected]. ünvanına göndərmələri xahiş olunur.

2 Dekabr 2022 12:33 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə