Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizm üzrə könüllülük fəaliyyəti

Azərbaycan Turizm və Menecment Universitetində “Turizm üzrə könüllülük fəaliyyəti” mövzusunda məlumat sessiyası təşkil olunub.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi əməkdaşlarının qatıldıqları məlumat sessiyasında ATMU tələbələri öncə təlimçi Humay Abbasovanın təqdimatında turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın gördüyü işlərlələ tanış olublar.

Məlumat sessiyasında təlimçilər tərəfindən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyət istiqamətləri və ATMU ilə əməkdaşlıq münasibətləri”, “Turizm sahəsi üzrə təhsil alan və ya gələcək fəaliyyətlərini müvafiq sahəyə hədəfləyən gənclərin müxtəlif layihələrə cəlb edilməsi”, “Təşkilatın nəzdindəki layihələr”, “Tələbələrdən ötrü təşkilatdaxili imkanlar” və eləcədə gündəmin digər mövzularına münasibət sərgilənib.

“Turizm üzrə könüllülük fəaliyyəti”nə həsr olunan məlumat sessiyasında diqqətə çatdırılıb ki,tədbirin təşkilində  başlıca  məqsəd ATMU-nun timsalında ümumilikdə ölkə tələbələrinin təbliğat - təşviqat, təlim-tədris proqramları və müvafiq kurslarda yaxından iştirakının təmini ilə bərabər, vahid məlumat bazasının inkişafını şərtləndirən fəaliyyətə  cəlb etməkdən ibarətdir.

Sual-cavab şəklində davam edən tədbirdə təlimçilər tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb və universitet tələbələrinə təşkilatın adından müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin rəsmi əməkdaşları sırasında ATMU-nun menecment ixtisası üzrə təhsil alan tələbəsi Arzu Məmmədov da var.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 Dekabr 2022 09:58 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə