Ən son xəbərlər
Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” futbol klubunun qış hazırlıq proqramı məlum olub. “Şamaxı” klubunun mətbuat xidmətindən aldığımız məlumata görə, komanda təlim-məşq toplanışına gələn il yanvarın 3-də start verəcək. Komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq.
Yanvarın 19-dək Antalyada qalacaq “Şamaxı” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi “Kaysar”la keçirilməsi razılaşdırılıb. Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə