Ən son xəbərlər
Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakov Azərbaycan Premyer Liqası təmsilçisi “Səbail”in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib. 40 yaşlı mütəxəssis bu barədə “Sport-express” nəşrinə açıqlamasında deyib: “Mən “Səbail”ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiniz”.
Qeyd edək ki, hazırda “Səbail”in baş məşqçisi Mahmud Qurbanovdur.
Aleksandr Kerjakov isə son olaraq 2021-2022-ci illər mövsümündə “Nijni Novqorod”un sükanı arxasında olub. Rusiya millisinin sabiq hücumçusu 2002–2016-cı illərdə ölkə yığmasının formasını geyinib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə