Ən son xəbərlər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. İlk onluqda təmsilçilərimiz yer almayıb.
Teymur Rəcəbov (2747 xal) və Şəhriyar Məmmədyarovun (2740 xal) müvafiq olaraq 11-ci və 14-cü pilədəki mövqeləri dəyişməyib.
Təmsilçimiz Qədir Hüseynov (2661 xal) beynəlxalq reytinqdə iki pillə irəliləyərək 84-cü yeri tutub. Rauf Məmmədov və Nicat Abbasov “100-lük”dən uzaqlaşıb. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva isə 2387 xalla 63-cü sıradadır. Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cı pillədə qərarlaşıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə