Ən son xəbərlər
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında Şuşanı təmsil edən “Xarı bülbül Şuşa” klubu haqqında yerləşdirilən geniş məqalədə Azərbaycanın voleyboldakı nailiyyətlərindən vaxtilə “Rabitə” və “Azərreyl”in qitə turnirlərində qazandığı mükafatlardan, eləcə də milli komandanın Bakı-2015 Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarındakı uğurlarından söhbət açılıb.
Bildirilir ki, “Xarı bülbül Şuşa” klubunun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına tövhə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünyaya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır.
Klubun hədəflərindən söz açılan məqalədə “Xarı bülbül Şuşa”nın beynəlxalq səviyyəli klub olması istiqamətində işlərin görüldüyü qeyd olunub.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə