Ən son xəbərlər
Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2022-ci il
Köhnə versiyamızdan xəbərləri izlə