Ən son xəbərlər
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Tərtər Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Bu barədə AFFA-nın mətbuat xidmətinin məlumatında bildirilir ki, layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Bildirilib ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, deputat Sabir Hacıyev iştirak ediblər.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə