Ən son xəbərlər
Bakı Atıcılıq Mərkəzində stend və güllə atıcılığı üzrə federasiya kuboku yarışının üçüncü mərhələsi başa çatıb. Azərbaycan Atıcılıq Federasiyasından aldığımız məlumata görə, hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında yüzə yaxın idmançı iştirak edib.
Yekun nəticəyə əsasən, güllə atıcılığı üzrə Xanna Əliyeva, Nuranə Əliyeva, Zərifə Qasımova, Ruslan Lunyov, Ramiz Xəlilov, Hacı Musayev, stend atıcılığı üzrə isə Regina Meftahətdinova, Aydan Camalova, Fuad Qurbanov, Mirmömin Ağazadə fərdi yarışlarda qalib gəliblər. Ruslan Lunyov-Nigar Nəsirova, Üzeyir Tapdıqlı-Jalə Bayramova cütlükləri güllə, Mirmömin Ağazadə-Alina Rəfixanova cütlüyü stend atıcılığı üzrə qarışıq komanda yarışında birinci yeri tutublar.
Qeyd edək ki, federasiya kuboku yarışı il ərzində üç dəfə keçirilir. Turnirin təşkilində məqsəd ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaqdır.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə