Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tesla”dan yeni modellər

“Tesla”  şirkəti  hazırda  3 elektromobilin konstruk-siyasının sadələşdirilməsi üzərində çalışır. Bu, elektro-mobilin maya dəyərini aşağı salmağa imkan verəcək. Şirkətin “Project highland” adlı layihəsi çərçivəsində iki yeni elektromobil istifadə ediləcək. 


Qeyd olunur ki, “Project highland”ın əsas məqsədi elektromobildə və istehsalat zənci-rində olan artıq komponentləri aradan qaldırmaqdır. Söhbət, nəqliyyat vasitəsinin əsas funksionallığına tə-sir göstərməyən komponentlərdən gedir. Dəyişikliklər elektromobilin təkcə interyerini əhatə etməyəcək. Məsələn, gözləntilərə əsasən Tesla sadələşdirilmiş elektromobilini “CATL M3P” adlı fosfat batareyalar ilə təchiz edəcək. Həmin batareyalar litium-ion batareyalar ilə müqayisədə ucuz olsalar da, yüksək enerji effektivliyinə malikdirlər. 
“Tesla” ilk növbədə “Model 3” elektromobilini sadələşdirəcək. Məlumata əsasən onun istehsalına 2024-cü ildə start veriləcək.
“Biz daimi olaraq öz avtomobillərimizin konstruksiyalarında lazım olmayan detallar aşkar edirdik. Həmin lazımsız detallar avtomobillərə səhvən və ya hər ehtimala qarşı yerləşdirilmişdi. Biz artıq lazım olmayan çoxlu sayda komponenti aradan qaldırmışıq” – deyə Elon Musk qeyd edib. 

 

30 Noyabr 2022 23:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə