Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal turizm

Hazırda  enerji qiymətlərinin bahalaşması ilə əlaqədar dünyada turizmin inkişafında müəyyən gərginliyin olmasına baxmayaraq, inkişaf etmiş dövlətlər bu gəlirli sahəyə ciddi maliyyə vəsaitləri yatırırlar. Ümumdünya Turizm Təşkilatının məlumatında vurğulanır ki, turizm sektoru COVID-19 pandemiyasının əmələ gətirdiyi təxminən iki illik böhrandan sonra tədricən bərpa olunmağa başlayıb. Belə ki, son vaxtlar əksər ölkələrdə karantin qaydalarının yumşaldılması, bəzi məhdudiyyətlərin tamamilə götürülməsi, o cümlədən sərhədlərin açılması digər sahələrlə yanaşı, beynəlxalq turizmdə də canlanmaya səbəb olub. 


Statistik məlumatlara görə, 2022-ci ilin birinci rübündə beynəlxalq turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 182 faiz artaraq 41 milyondan 117 milyona çatıb. Xatırladaq ki, 2019-cu ildə turizm sektorunda təxminən 1,5 trilyon dollar olan dövriyyə sonrakı  illərdə 3 dəfə azalıb. Ümumilikdə, ən çox turist qəbul edən ölkələrin reytinqi  belədir: Fransa, ABŞ, İspaniya, Meksika, İtaliya, Çin, Böyük Britaniya, Almaniya, Rusiya və Türkiyə. 
Ekspertlərin fikrincə, turizmin ən mühüm üstünlüklərindən biri yeni iş yerlərinin yaradılmasıdır. Lakin bununla yanaşı, turistlərlə “yüklənmə” hazırda bir çox şəhər və regionlarda ciddi problemə çevrilib. Barselona, Venesiya kimi bir çox şəhərlər aşırı turizmə qarşı müxtəlif tədbirlər görür, əlavə vergi, məhdudiyyət və tarixi ərazilərə girişi qadağan etməklə turist axınını nizamlamağa çalışır. 

 

30 Noyabr 2022 23:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə