Ən son xəbərlər
Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Lakin axşam yağış tədricən kəsiləcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-11° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı bildirilir.
Köhnə versiyamızdan xəbərləri izlə