Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşıl İqtisadiyyat” kitabı təqdim edildi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) biznes idarəçiliyi fakültəsinin və İqtisadi İslahatların Təhlili Kommunikasıya Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl İqtisadiyyat” kitabının təqdimatı keçirilib.Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və kitabın müəllifləri – Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini professor Ramil Hüseyn və Mərkəzi Departament rəhbəri Rəşad Hüseynov iştirak ediblər.

Rektor İlham Mədətov “Yaşıl İqtisadiyyat” kitabının müəlliflərini bu  universitetdə salamlamaqdan, eyni zamanda təqdimatın təşkilindən məmnunluğunu bildirdi, iştirakçılara uğurlar arzuladı.

Professor Ramil Hüseyn yaşıl iqtisadiyyatı müasir dövrün ən böyük problemlərindən biri olduğunu dedi. Dünya alimləri tərəfindən bu istiqamətə marağın gündən-günə artdığını, səmərəli həllinə xüsusi qayğı göstərildiyini, yaşıl iqtisadiyyatı  ekoloji risklərin və çatışmazlıqları azaltmaqla bərabər, ətraf mühiti pisləşdirmədən, davamlı inkişafı hədəfləyən sahə prizmasından dəyərləndirdi.

Mərkəzi departament rəhbəri Rəşad Hüseynov isə alternativ enerji  mənbələrinin növlərini açıqlamaqla bərabər, alternativ enerjidən istifadəyə keçidin sosial-iqtisadi faydalarına münasibət sərgilədi. 

Universitetin iqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva yaşıl maliyyə məhsulu və xidmətləri, həmçinin pərakəndə maliyyə yaşıl investisiyalar, menecment kafedrasının əməkdaşları Ülkər Sadıqova və Günay İldırımlı, iqtisadiyyat kafedrasının müəllimi Şəmşad Əlizadə isə ətraf mühitin mühafizəsinə çəkilən xərclər, ərzaq və kənd təsərrüfatı üçün yaşıl inkişaf siyasətləri, kənd təsərrüfatında ətraf mühit qaydaları və standartları barədə detallı məlumat verdilər.

Tədbir bakalavr, magistr və doktorantura pilləsində təhsil alan tələbələrin fikir mübadiləsi ilə başa çatıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Noyabr 2022 15:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə