Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fənlərin müəssisə rəhbərləri ilə müzakirəsi

Azərbaycan Turizm və Menecment Universitetinin mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə Divan Express Baku Hotelində “Yeni təhsil proqramında nəzərdə tutulmuş fənlərin müəssisə rəhbərləri ilə müzakirəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarın işində Azərbaycan Turizm və Menecment Universtitetinin “Elm və  inkişaf məsələləri” üzrə  prorektoru professor İranə Əliyeva, bu ali məktəbin professor-müəllim heyəti, eyni zamanda Azərbaycan Respublikasının  Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Quba Palace, Hilton Baku, Four Seasons Baku, Point Hotel Baku, Hyatt Regency Baku, Grand Midway və New Baku Hotelinin, o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Sun Tea Çay Fabriki MMC, AZFP CO LTD MMC  (Milla), Emsa Food və Herba Flora şirkətinin müvafiq rəhbər şəxsləri iştirak ediblər. Müəssisə nümayəndələri adıkeçən tədbirdə  ixtisaslı kadrlara olan tələblər içərisində tələbələrin qabiliyyət və səriştəlilik bacarıqlarını önəmli sayıblar. Həmçinin yeni tədris proqramlarında nəzərdə tutulan fənlərə dair aktual təkliflərlə çıxış ediblər.

Seminarda “Otelçilik” ixtisasının açılması və tədris proqramının hazırlanması, tələbə kontigenti tərəfindən əcnəbi dil biliklərinə yiyələnmənin vacibliyi, o cümlədən müəssisə nümayəndələrinin tədris prosesinə cəlb edilməsinə dair təkliflər iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

“Yeni təhsil proqramında nəzərdə tutulmuş fənlərin  müəssisə   rəhbərləri ilə müzakirəsi” mövzusuna həsr olunan elmi-praktik seminarda  ölkəmizdə fəaliyyət göstərən 55-dən çox sənaye və ali təhsil müəssisəsinin nümayəndələri təmsil olunub.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Noyabr 2022 15:51 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə