Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“44 gündə Ermənistanın müharibə cinayətləri” adlı jurnal-bülleten nəşr olunub

“Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “44 gündə Ermənistanın müharibə cinayətləri” adlı jurnal-bülleten nəşr olunub.  İngilis və Azərbaycan dillərində nəşr olunan jurnal-bülletendə İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərdən, Gəncə və Bərdə şəhərlərində mülki insanların raket zərbələrinə məruz qoyulmasından, işğalda olan ərazilərin minalanmasından bəhs edilir. Jurnalda beynəlxalq hüquq sahəsində nüfuzlu ekspertlərin, hüquq və siyasi elmlər doktorlarının məqalələri yer almışdır. 
 
Junal-bülletenin elmi məsləhətçisi hüquq üzrə fəlsəfə doktoru Səftər Rəhimli, redaktoru araşdırmaçı-jurnalist Anar Turandır. 
 
Yeni nəşr insan hüquqları, müharibə cinayətləri sahəsində araşdırma aparan mütəxəssislər, tələbələr üçün nəzərdə tutulub.
30 Noyabr 2022 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə