Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə icra olunub

AFFA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

"Xalq qəzeti" AFFA-ya istinadla xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, deputat Sabir Hacıyev iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Bu layihə Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

30 Noyabr 2022 12:23 - İDMAN
İDMAN
4 Fevral 2023 | 01:57
İdman xəbərləri
1 Fevral 2023 | 02:20
İdman xəbərləri
31 Yanvar 2023 | 01:59
İdman xəbərləri
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə