Ən son xəbərlər
2022-ci ilin dekabr ayında AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.
Konfransda “Gəncə şəhəri qədim və antik dövrlərdə”, “Orta əsrlərdə Gəncə şəhərinin inkişafı”, “Dövlətçilik tariximizdə Gəncənin yeri” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” elmi istiqamətləri üzrə məruzələr dinləniləcək.
Tədbirin keçirilməsinin tarixi elmi məruzələr toplandıqdan sonra dəqiqləşdiriləcək və bu haqda əlavə məlumat veriləcək.
Köhnə versiyamızdan xəbərləri izlə