Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov Polşaya səfər edib

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə "Xalq qəzeti"nə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

30 Noyabr 2022 09:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə