Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir barel xam neftin mədaxil qiyməti 100,8 dollar olub

Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda, 2022-ci ilin 9 ayı ərzində xalis mədaxil qiyməti 100,8 ABŞ dolları təşkil edib.

"Xalq qəzeti" Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadla xəbər verir ki, Fondun 9 ay üzrə gəlirləri 11 milyard 365,9 milyon manat və ya təsdiq edilmiş gəlirlərin 72 faizi, xərcləri isə 6 milyard 566,9 milyon manat və ya təsdiq edilmiş xərclərinin 57 faizi həcmində icra olunub.

Fondun aktivlərinin 2022-ci il sentyabrın 30-u tarixinə qalığı 45 milyard 386 milyon ABŞ dolları təşkil edib.

30 Noyabr 2022 09:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə